Yeməkdən əvvəl su içmək həqiqətən arıqlamağa  kömək edir?
20 sentyabr 2024 12:06 (UTC +04:00)

Yeməkdən əvvəl su içmək həqiqətən arıqlamağa kömək edir?

Mütəxəssislər yeməkdən əvvəl bir stəkan su içməyi tövsiyə edirlər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeməkdən əvvəl maye içmək porsiyaya nəzarət etmədən daha az yeməyə kömək edə bilər. 

Aparılan tədqiqatlarda nahardan yarım saat əvvəl 500 ml su içməklə, kök insanlar 12 həftə ərzində orta hesabla 2,4 kq arıqlayıblar.

Başqa bir təcrübədə pəhriz saxlayan yaşlı insanlar yeməkdən əvvəl su içərək əlavə 2 kq çəki itiriblər.

Bir sistematik araşdırmaya görə, yeməkdən əvvəl su içmək, artıq çəkisi olan yaşlı insanlara arıqlamağa kömək edir. Lakin gənclərdə bu təsir müşahidə olunmur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Arzu Qurbanlı

Oxşar yazılar