Xroniki yorğunluq, əhval-ruhiyyə problemləri və unutqanlıq insanların tez-tez qarşılaşdığı problemlərdir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu simptomlar beynin qocalması ilə əlaqələndirilə bilər.
Yaşlanma Biologiyası İnstitutunun direktoru Aleksey Moskalev bildirib ki, xroniki yorğunluq, əhval-ruhiyyə problemləri və unutqanlıqdan qurtulmaq üçün insan ilk növbədə neyroinflamasiyadan qorunmalıdır.
Onun sözlərinə görə, qidalanmaya da diqqət yetirmək lazımdır:
“Kolbasa, çips, "fast food" kimi zərərli qidaları quru meyvələr, bal, giləmeyvə ilə əvəz etmək daha yaxşıdır. Pəhrizə tam taxıl və paxlalı bitkiləri daxil edə bilərsiniz. Bundan əlavə, xoşbəxtlik hormonunun istehsalı üçün fiziki fəaliyyət lazımdır. Bədənin bərpa olunması üçün kifayət qədər yuxu almaq da vacibdir”.