Xəstədən özü ağırlıqda şiş çıxarıldı
01 noyabr 2022 21:52 (UTC +04:00)

Xəstədən özü ağırlıqda şiş çıxarıldı

İtaliyalı həkimlər xərçəng xəstəsindən rekord ağırlıqda şiş çıxarıblar. 

Lent.az xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın əməliyyata götürülüb. 

Torino şəhər xəstəxanasının cərrahları qadının qarın və döş boşluğundan 52 litr maye xaric ediblər. Ardınca əməliyyat yolu ilə 25 kq şiş çıxarılıb. Bu şiş və maye qadının rahat nəfəs almasına və hərəkətinə mane olurdu.

Əməliyyatı aparan həkimlər bildiriblər ki tibb ədəbiyyatında bu ağırlıqda şiş və maye çıxarılması barədə məlumat yoxdur. Qadının bədənindən çıxarılan maye və şişin kütləsi onun öz kütləsindən ağırdır. 

4 gün palatada qalan pasient evə buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2553
avatar

Oxşar yazılar