Uzunömürlülüyün sirləri  açıqlandı
30 noyabr 2023 10:44 (UTC +04:00)

Uzunömürlülüyün sirləri açıqlandı

Alimlər uzunömürlülüyün sirlərini öyrəniblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, dünyanın ən uzunömürlü sakinləri Okinava (Yaponiya), Sardiniya (İtaliya), Nikoya (Kosta Rika), İkariya (Yunanıstan) və Loma Lindadadır (Kaliforniya, ABŞ).

Aparılan tədqiqatların nəticələrinə görə, hər gün gəzintiyə çıxmaq və aktiv insan olmaq kifayətdir. Beləliklə, bədən özü üçün xoş olan bir prosesə uyğunlaşır və rahatlıq yaranır.

Həmçinin ciddi gündəlik rejim də ömrü uzadır. Məsələn, yapon Okinavasının sakinləri hər gün vaxtlarını əcdadlarını xatırlamağa ayırırlar, Sardiniyalılar xoşbəxt saatlar keçirir, İkariyalılar isə bir az yatmağa üstünlük verirlər.

Bundan əlavə, həddindən artıq yeməkdən qaçmaq lazımdır. Qida rasionuna xüsusilə, lobya, soya və mərcimək əlavə etmək lazımdır. Ət məhsullarına gəldikdə, onlar ayda beş dəfədən çox olmayaraq istehlak olunmalıdır. Həmçinin müntəzəm və az miqdarda spirtli içki qəbul edənlər içməyənlərdən daha uzun yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5184
avatar

Arzu Qurbanlı

Oxşar yazılar