Uzun müddət televizora baxmaq  nələrə səbəb olur?
24 avqust 2024 16:14 (UTC +04:00)

Uzun müddət televizora baxmaq nələrə səbəb olur?

Alimlər uzun müddət televizora baxmağın təhlükələrini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Çin və Hollandiya alimlərinin araşdırmalarına görə, uzun müddət televizora baxmaq insult riskini artırır.

Onlar perspektivli (yəni amilin təsirini qiymətləndirən) kohort (müdaxiləsiz) tədqiqatı aparıblar. Araşdırma zamanı demans, Parkinson xəstəliyi və ya insult keçirməyən 408 min Böyük Britaniya sakininin məlumatlarını təhlil ediblər. 

Müayinə zamanı iştirakçılara 5227 demensiya, 2308 Parkinson xəstəliyi və 6822 insult diaqnozu qoyulub. Məlum olub ki, gündə beş və ya daha çox saat ekrana baxanların bu xəstəlik və pozğunluq riski 0-1 saatdan az televizora baxanlarla müqayisədə xeyli artıb.

Baxış vaxtı ilə beyin və hipokampusdakı boz maddənin həcmləri arasında da tərs korrelyasiya var idi. Maraqlıdır ki, kompüterdən istifadə ilə bağlı belə nümunələr müəyyən edilməyib.

Belə ki, televiziya qarşısında uzun müddət asudə vaxt keçirmək yetkinlik və qocalıqda demensiya, Parkinson xəstəliyi və insult riskini artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Arzu Qurbanlı

Oxşar yazılar