Uçuşdan əvvəl  hansı qidaları yemək olmaz?
21 sentyabr 2024 12:06 (UTC +04:00)

Uçuşdan əvvəl hansı qidaları yemək olmaz?

Təyyarə ilə səfərdən əvvəl hansı qidaları qəbul etmək olmaz?

Lent.az xəbər verir ki, dietoloq Elena Solomatina uçuşdan əvvəl insanları müvəqqəti olaraq yağlı ət, göyərti, paxlalı bitkilər, qəhvə və spirtdən imtina etməyə çağırıb. Həkim qeyd edib ki, təyyarədə uzun müddət oturmaya görə həzm prosesi ləngiyir və ağır qidalar narahatlıq yarada bilər.

Bundan əlavə, uçuş zamanı qan dövranı pozulur və qan laxtalanma riski artır. Bu baxımdan o, qanı qatılaşdıran göyərtilər - cəfəri, kahı və ispanaq yeməyi məsləhət görmür. “Güclü qəhvə də qanınızı qatılaşdıra bilər, ona görə də içdikdən sonra mütləq su içməlisiniz”, deyə dietoloq məsləhət görüb.

Mütəxəssis əlavə edib ki, spirt insult və infarkt, noxud, eləcə də lobya isə köp yaranmasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569
avatar

Oxşar yazılar