Türkiyəli nazirdən MÜJDƏ:  "Həyat normallaşır..."
10 avqust 2021 11:30 (UTC +04:00)

Türkiyəli nazirdən MÜJDƏ: "Həyat normallaşır..."

Türkiyədə peyvəndlənmədən sonra həyat normallaşmağa başlayır.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda bildirib.

O, qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlər və xəbərdarlıqlar öz nəticəsini verib.

 "Saat 15:07-də günün 1 milyonuncu “Covid-19” peyvəndi vuruldu. Türkiyə peyvəndlənmədən sonra normal həyatına dönür. Peyvənd etdirmək istəyənlərin də sayı sürətlə artır”.

Ümumilikdə, tətbiq olunan birinci peyvənd dozası 42 milyon 140 min 662, ikinci peyvənd dozası 29 milyon 637 min 537, üçüncü peyvənd dozası 5 milyon 774 min 462 olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar