Təbii ev qatığı ilə sızanaqlardan qurtulun
28 mart 2023 15:35 (UTC +04:00)

Təbii ev qatığı ilə sızanaqlardan qurtulun

Dünyanın ən çox rast gəlinən dəri xəstəlikləri arasında  yer alan  sızanaq  ilə   əksəriyyətimiz  gənc yaşda tanış  oluruq.  Sızanaqlar çirk, ölü dəri və məsamələrin  tıxanması səbəbindən meydana gələ bilər. Məsamələrin tıxanması qara nöqtələrin yaranmasına və ya iltihaba  səbəb olsa da, yağ vəzlərinin həddindən artıq ifrazı, hormon  reseptorları arasındaki  tarazsızlıq və ya dalğalanma, stress, düzgün qidalanmamaq, dərmanların yan təsirləri və gigiyenanın kifayətsizliyi sızanaq xəstəliyinin  əsas  səbəbləri  hesab  edilir.  

Lent.az xarici KİV-ə istinadən, müalicə edilmədikdə yara və ləkələrə çevrilən  sızanaqlardan evdə hazırlaya biləciyimiz bəzi təbii və bitki mənşəli  tərkiblərdən istifadə  edərək xilas ola bilmək mümkündür.

İndi  gəlin hər kəsin asanlıqla  evdə  hazırlaya biləcəyi təbii  və  bitki  mənşəli tərkiblər və bunların sızanaqlara tətbiqi  ilə  tanış olaq.

1. Limon suyu və darçın

Darçın və limon sızanaqları müalicə etmək üçün istifadə edilə bilən güclü anti-bakterial maddələrdir.

Bu tərkibi hazırlamaq üçün materiallar:

İki  xörək qaşığı təzə sıxılmış limon suyu, 1 xörək qaşığı darçın

Hazırlanması: Darçın və limon suyunu qarışdırıb sızanaqlarınıza çəkin. 15-20 dəqiqə gözləyin, isti su ilə yuyun, nəmləndirici tətbiq edin və həftədə 2-3 dəfə təkrarlayın.

2. Limon və sarıkök

Sarıkök ağrı və iltihabı azaldan güclü bir anti-inflamatuardır.

Bu tərkibi hazırlamaq üçün lazım olan materiallar: Bir  xörək qaşığı zerdeçal tozu, təzə  sıxılmış bir ədəd  limon suyu.

Hazırlanması: Sarıkök və limon suyunu qarışdırıb sızanaqlarınıza çəkin. 15-20 dəqiqə gözləyin, isti su ilə yuyun, nəmləndirici tətbiq edin. Bunu həftədə 2-3 dəfə təkrar edin.  Sarıkök dərinizin az sarı qalmasına səbəb ola bilər. Bundan tərkib tətbiq edilən dərini bir neçə dəfə yuyaraq  xilas ola bilərsiniz. 

Bu tətbiq  davam  edənədək qoz və təzə üzüm istehlakı   məsləhət görülməz. Qoz və təzə üzüm istehlakı həm sızanaq yarasının gec bağlanmasına, həm də yayılmasına səbəb ola bilər.

- Limon və gül Suyu (Qızılgül suyu):

Gül suyu sızanaqdan qıcıqlanmış dərini sakitləşdirmək üçün iltihab əleyhinə mübarizə edər.

Bu  tərkibi  hazırlamaq  üçün materiallar: 

Bir  xörək qaşığı limon suyu,  bir   xörək qaşığı gül suyu.

Hazırlanması: Limon suyu və gül suyunu qarışdırıb, pambıq ilə sızanaqlarınıza çəkin. 20 dəqiqə  gözlədikdən  sonra  dərinizi soyuq su ilə yuyun. İstədiyiniz nəticəni alana qədər hər gün təkrarlayın.

- Lavanda çayı:

Lavanda çayı həm sızanaqları, həm də sızanaq bölgəsindəki yara izlərini yox edər.

- Yaşıl çay:

Mütəmadi olaraq yaşıl çay içmək sızanaqların əmələ gəlməsinin qarşısını alır. Yaşıl çayın sızanaqlı bölgəyə  tətbiq  də  faydalıdır. 

Bal:

Bal dəriyə  qulluq  üçün  ən  əhəmiyyətli  və  təsirli  məhsullar  arasında  yer alır. Sızanaq problemlərini aradan qaldıran bal daha gənc qalmağınızı təmin edə bilər. 

- Üzvi alma sirkəsi:  

Sirkə antibakterial və antimikrobiyal xüsusiyyətləri səbəbi ilə sızanaqları qurutmaq üçün istifadəsi  tövsiyə  olunan  məhsullar  arasındadır.

Bir xörək qaşığı üzvi alma sirkəsi, 2 xörək qaşığı su ilə  qarışdırılıb gündə  iki dəfə,  yəni  səhər  və  axşam  pambıq yardımı  ilə  sızanaqlı  dəriyə  tətbiq edilərsə sızanaqdan  xilas  oluna bilər.

- Mineral su və alma sirkəsi:

Yarım stəkan mineral su və yarım  stəkan  alma sirkəsi qarışdırılıb, həftədə 3 dəfədən çox olmamaq  şərtiylə sızanaq bölgəsinə  tətbiq  edilərsə dəri sağala bilər

- Təbii ev qatığı:

Ev  qatığı  sayəsində   dəriniz  bir çox problemdən  xilas ola bilər. Bunun   üçün hər gecə yatmazdan əvvəl dərinizə 1 qaşıq qatıq çəkin və 10 dəqiqə gözlədikdən  sonra  ilıq su ilə  yuyun.

- Hind qozu (Kokos  palması) yağı:

Hind qozu yağı dərini qidalandıran və nəm balansını qoruyaran  bitki mənşəli məhsuldur. Hindistan qozu  yağının  gündə  bir  təfə  tətbiq   edilməsi  ilə   nəmli  dəriyə  qovuşmaq  və   sızanaqlardan xilas olmaq  mümkündür.  Hind qozu  yağı  məsamələrin   açılmasını  və  artmasını sürətləndirər.

- Qəhvə dənələri:

Qəhvə təlvəsi, yəni dənələri,  türk  qəhvəsində   fincanın  dibində   qalan çöküntüyə deyilir.  Bu sızanaqlara  çəkilir, 10  dəqiqə   gözlədikdən  sonra yuyulur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Cavidan HUN

Oxşar yazılar