Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) "FAQ - Fikir Alaraq Qidalan" layihəsi davam edir.
AQTİ-dən Lent.az-a verilən məlumata görə, təbii kürüdən fərqli olaraq, süni kürü kəskin “aldadıcı” balıq qoxusuna malikdir. Həmçinin üzərinə qaynar su əlavə etdikdə rəngin suya qarışması və kürü dənələrinin əriməsi prosesi müşahidə olunur.
Qeyd edək ki, süni yolla əldə olunan kürü növlərinin hazırlanmasında jelatin, yumurta zülalı, dəniz yosunları, boya maddələri, bitki yağları və aromatizatorlardan istifadə edilir.
"FAQ - Fikir Alaraq Qidalan layihəsinin məqsədi istehlakçıların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasından ibarətdir.