Dünyada istilər nəticəsində ölənlərin sayı son 20 ildə 68 faiz artıb.
Lent.az xəbər verir ki, bu barədə məlumat “The Lancet” elmi jurnalında dərc olunub.
Məlumata görə, 20 il ərzində isti hava səbəbindən bir neçə yüz min insan həlak olub.
Təkcə İspaniyada 2022-ci ildə 1700 nəfər ölüb.
Mütəxəssislərin sözlərinə görə, hava şəraitinin həddindən artıq isti olması ürək-damar və tənəffüs xəstəliklərinin kəskin artmasına, yəni birbaşa insan sağlamlığına təsir edir. Bundan əlavə, yüksək temperatur müxtəlif bakteriya və virusların yayılmasına da səbəb olur.