Vyana alimləri hər insanın ağzında yaşayan yeni bir canlı aşkarlayıblar.
Lent.az "Nature" jurnalına istinadən xəbər verir ki, bu canlı insanın yediyi yeməklər və ağzındakı daha xırda bakteriyalarla qidalanır.
Lakin həyəcanlanmağa dəyməz. O, insan üçün zərərsizdir. Alimlər yeni aşkarladıqları canlıya tırtıl və ya "Conchiformibius steedae" adını veriblər.
Bu bakteriya quruluşuna görə digər bakteriyalardan fərqlənir. O çubuq şəkilli olmayıb, ipəkqurdu tırtılına bənzəyir, tırtıllar kimi hərəkət edir.