Sabunsuz duş qəbul etməyin FAYDALARI
08 fevral 2021 19:57 (UTC +04:00)

Sabunsuz duş qəbul etməyin FAYDALARI

Duş qəbul edərkən istifadə etdiyimiz sabunların mənfi təsirlərini bilmək istərdinizmi?

Təmiz və təravətli görünməyi hər kəs arzulayır. Bunun üçün də duş zamanı dəfələrlə sabunlanmağa üstünlük verirlər. Lakin unutmaq olmaz ki, hər şeyin çoxu zərərlidir. Elə sabunla duş qəbul etmək də.

Lent.az xarici KİV-ə istinadən bol köpüklü sabunla duş qəbul etmək dərimizə gözəl qoxu bəxş etməklə yanaşı, ona zərər də yetirə bilər. Sabundan istifadəsiz duş qəbul etməyə başlayın, dərinizdəki dəyişiklik sizi valeh edəcək.

1. Dəriniz nəmliyini qoruyacaq

Yalnız su ilə çimmək dərinizin qoruyucu qatını tarazlaşdıracaq. Sabun bədəninizdəki çirkləri təmizləsə də, dərinizin ifraz etdiyi təbii yağları da təmizləyir. Sabundan müntəzəm istifadə cildinizin pH balansını pozar və quruyub qıcıqlanmasına səbəb ola bilər.

2. Pis qoxu formalaşmasının qarşısını alır

Sabunla yuyunmaq qısa müddətdə təzə qoxu versə də, əslində dərinizi bakteriyalara qarşı daha həssas edir. Sabundakı sərt maddələr dərimizdə yaşayan dəri yağları ilə bakteriyalar arasındakı tarazlığı pozur və bu da dərinin daha çox yağ və bakteriya istehsalına səbəb olur.

3. Bədəninizin xüsusi yerlərinin daha sağlam qalmasına səbəb olar

Mütəmadi olaraq sabunla çimmək cinsiyyət orqanını susuzlaşdıraraq müəyyən sağlamlıq problemlərinə səbəb ola bilər. Bunun üçün də sabundan istifadə etmək əvəzinə, sadə isti sudan yararlanın.

4. Dərinizin vaxtından tez qırışmasının qarşısını alar

Sabunun içindəki bir çox maddə cildinizi təmiz və təravətli saxlasa da, əslində faydadan çox zərər verə bilər. Dərinizin turşu örtüyünə zərər verə, bu da sızanaq kimi bir çox dəri probleminə səbəb ola bilər. Sabunla çimmək dərinizi qurudur, bu da qırışlara səbəb olur.

5. Vitamin D-nin təsirini azalda bilər

Sabunlar vaxtından əvvəl dəri qocalmasına töhfə verməklə yanaşı, D vitamininin udulmasına da mane ola bilər. Dərimiz günəş enerjisini D vitamininə çevirir. Bəzi sağlamlıq mütəxəssisləri dərini qıcıqlandıran və D vitaminini azaltdığına görə daha az duş qəbul etməyi məsləhət görürlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6837
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar