Rəngli meyvə və tərəvəzin qadınların sağlamlığına  təsiri
16 iyul 2022 19:20 (UTC +04:00)

Rəngli meyvə və tərəvəzin qadınların sağlamlığına təsiri

Dünya boyu qadınlar kişilərlə müqayisədə daha uzun ömür sürürlər. Amma xəstəlik baxımından onlar daha tez-tez xəstələnir. Bəs, qadın sağlamlığına təsir edən qidalar hansılardır? 

Lent.az xəbər verir ki, Corciya Universitetində bununla bağlı araşdırmalar aparılıb. 

Araşdırmalara görə, şirin kartof, kələm, ispanaq, qarpız, bolqar bibəri, pomidor, portağal və yerkökü kimi piqmentli karotenoidləri yüksək olan qidaları qəbul etmək qadın orqanizmi üçün daha faydalıdır.  

Rəngli meyvə və tərəvəz yemək görmə probleminin qarşısını almaq üçün xüsusilə vacibdir. 

Tədqiqatın nəticələrinə görə, otoimmün xəstəliklərdən tutmuş demensiyaya qədər bir sıra degenerativ xəstəliklər kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. 

Bu zəifliyin səbəblərindən biri qadınların bədənlərində vitamin və mineralları necə saxlamaları ilə bağlıdır. Alimlər qeyd edirlər ki, qadınlarda orta hesabla kişilərdən daha çox bədən yağı var. Yağlar, xüsusilə hamiləlik dövründə vitamin və minerallar üçün faydalı “anbar” rolunu oynayır. Amma bu “anbar” vitamin tərkibli maddələri özündə daha az saxlayır.  Bu isə qadınlarda degenerativ xəstəliklər riskini artırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Sevinc Fərid

Oxşar yazılar