Qurudulmuş məhsullarda olan GİZLİ TƏHLÜKƏ
26 dekabr 2021 10:09 (UTC +04:00)

Qurudulmuş məhsullarda olan GİZLİ TƏHLÜKƏ

Quru meyvələr, tərəvəzlər, çərəzlər, ədviyyatlar ilboyu istifadə olunsa da, onlara tələbat payız-qış mövsümündə daha da artır. Mütəxəssislər hesab edir ki, düzgün şərtlərlə, qaydalara uyğun qurudulmuş və saxlanılan meyvə-tərəvəzlər hətta təzələrdən də faydalı təsirlərə malikdir. Qurudulmuş meyvə və tərəvəzlər üçün ən böyük təhlükələrdən biri isə kif göbələyi olan aflatoksindir. Bu, gizli təhlükə hesab olunur.

Lent.az xəbər verir ki, qidalanma mütəxəssisləri bu göbələyin bir çox xəstəliyə səbəb olduğunu söyləyirlər. Amma orqanizmə uzun müddətdə aflatoksin daxil olması daha çox qaraciyərin zədələnməsinə və qaraciyər xərçənginə səbəb olur. 

Türkiyədən olan dietoloq Gözde Güzelcan insanları qurudulmuş meyvə və tərəvəzlərdə rast gəlinən bu göbələyə qarşı diqqətli olmağa çağırıb. Aflatoksin göbələklərinin bir çox xəstəliyə səbəb olduğunu ifadə edən mütəxəssis qeyd edib ki, kanserogen təsiri olan aflatoksin, hepatit, HİV kimi xəstəliklərə də səbəb olur. Bu göbələk immunitet sisteminə təsir edərək lazımlı vitamin və mineralların təsirlərinin azamasına da səbəb olur.

Mütəxəssis deyib ki, bayırda, açıq havada satılan quru məhsulların hansında bu göbələyin olduğunu bilmək mümkün deyil, bu səbəbdən həmin məhsulların mümkün qədər evdə qurudulması daha faydalı olar. Evdə qurudulan məhsulları isə quru yerdə, nəm olmayan mühitdə saxlamaq lazımdır ki, kiflənməsin.

Qeyd olunub ki, əncir, albalı, alma, gilas, eləcə də qurudulmuş pomidor, bibərdə aflatoksin olma ehtimalı daha yüksəkdir. Xüsusilə quru bibər aflatoksin riski çox olan ədviyyatdır.

Dietoloq açıq yerlərdə satılan qurudulmuş qidalardan çəkinmək lazım olduğunu deyib. Onun sözlərinə görə, etibarlı şirkətlərin qablaşdırılan məhsullarına üstünlük verilməlidir. Bu səbəbdən insanlar açıq satılan yox, qablaşdırılmış məhsulları almalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3270
avatar

Oxşar yazılar