Qidalarda duz miqdarını necə azaltmaq olar?
09 iyun 2023 11:07 (UTC +04:00)

Qidalarda duz miqdarını necə azaltmaq olar?

Əzələ və sinir sisteminin düzgün işləməsi üçün insan orqanizminin gündə 2400 mq duza ehtiyacı var. Bədənin duza ehtiyacı olsa da, gündəlik tələb olunan miqdardan çox istehlak etdikdə olduqca zərərli ola bilər. Mütəxəssislər ağ zəhər kimi xarakterizə edilən xörək duzunun azaldılması ilə bağlı xəbərdarlıq edir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yetkin bir insanın gündəlik qəbul etdiyi duz miqdarı 18 qramdır. Bu, qəbul edilməli olanın tam 3 qatıdır. 

Zeytun yüksək duzlu qidalardan biridir. Zeytunun duzunu azaltmaq üçün 1 gecə əvvəl suda islatmaq lazımdır. 

Pendir alarkən duzlu pendirlər yerinə, kəsmik kimi az natriumlu pendirlərə üstünlük verə bilərsiniz. Pendirinizi suya qoyduqdan sonra istehlak etsəniz, duz miqdarını azaldacaqsınız.

Çörəyin natrium ehtiva etdiyini unutmayın. Evdə hazırladığınız tort və peçenyelərdə qabartma tozundan istifadə etməyin. 

# 1188
avatar

Arzu Qurbanlı

Oxşar yazılar