Qarın piylərindən qurtulmağın beş asan  YOLU
15 noyabr 2022 07:32 (UTC +04:00)

Qarın piylərindən qurtulmağın beş asan YOLU


Həkim Mayk Bol deyir ki, qarın piylərindən xilas olmaq üçün daha az əsəbi olmaq və spirtli içkini azaltmaq lazımdır.

Lent.az-ın Lenta.ru-ya istinadən arıqlamağın beş asan yolunu sadalayıb.

Hər şeydən əvvəl, həkim fiziki fəaliyyəti artırmağı məsləhət görür və yadda saxlamaq lazımdır ki, idman və ya pəhrizin köməyi ilə yalnız müəyyən bir yerdə, istər mədə, istərsə də aşağı ətraflarda arıqlamaq mümkün deyil. 
O, gündəlik gəzintilər etməyi və liftdən istifadə etməmək kimi əlavə fiziki fəaliyyət üçün imkanlar axtarmağı məsləhət görüb.

Effektiv arıqlamaq üçün pəhrizdə protein, tərəvəz və meyvələrin miqdarını artırmaq tövsiyə edilir. 
“Keyfiyyətli protein mənbələrinin əlavə edilməsi də vacibdir və faydalı ola bilər. Mümkünsə, balıq və toyuq kimi yağsız zülalları seçin”, - deyə mütəxəssis izah edib.

Alkoqol istehlakını da azaltmaq lazımdır. Bolun sözlərinə görə, araşdırmalar göstərir ki, spirt qarın nahiyəsində yağ yataqlarının əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, çəki artımının səbəbi stress və keyfiyyətsiz yuxu ola bilər. Stress səviyyələrini azaltmaq üçün həkim nəfəs alma təcrübələrini və meditasiyanı sınamağı təklif edir. Xroniki narahatlıq varsa, bir mütəxəssislə məsləhətləşmək daha yaxşıdır.

Sonda həkim əlavə edib ki, arıqlamaq üçün əsas qaydalardan biri kalori çatışmazlığı yaratmaqdır. Əgər siz həftənin əvvəlində bütün yeməklərinizi əvvəlcədən planlaşdırsanız (və ya hətta hazırlasanız), hər gün bu barədə düşünmədən pəhrizinizə sadiq qalmaq daha asan olacaq. Qəfil aclıq hiss etsəniz, nə yeəcəyinizə əvvəlcədən qərar verə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Oxşar yazılar