COVID-19-un "Omicron" ştammına qarşı effektiv peyvənd martda hazır olacaq.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu "Pfizer"in icraçı direktoru Albert Bourla deyib.
Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.
Albert Bourla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını deyib. O, "Omicron" peyvəndinə ehtiyac olub-olmamasının və ya necə istifadə ediləcəyinin hələ də bəlli olmadığını, lakin bəlli dozaların hazır olacağını bildirib.
İcraçı direktor qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.