Pandemiya zamanı ən vacib qidalar:  Ağciyəri gücləndirirlər - SİYAHI
12 iyul 2021 19:55 (UTC +04:00)

Pandemiya zamanı ən vacib qidalar: Ağciyəri gücləndirirlər - SİYAHI

Ağciyərin funksiyasının gücləndirilməsi pandemiyada xüsusi əhəmiyyətə malikdir.

Lent.az xarici mediaya istinadən ağciyər üçün lazım olan qidaları təqdim edir:

Banan
Bananın zəngin kalium tərkibi ağciyərin sağlamlığı və yaxşı işləməsi üçün çox faydalıdır. Xüsusilə, uşaqlıq dövründə kifayət qədər kalium qəbul etmək gələcək ağciyər problemlərinin həlli üçün vacibdir.

Alma
Bildiyimiz kimi almanın tərkibində C, E, A vitaminləri var. Həftə ərzində ən az 5 alma yemək ağciyər funksiyasının düzgün işlədilməsinə kömək edir. Əsasən siqaret çəkən insanların alma yeməsi məsləhət görülür.

Pomidor
Pomidor, antioksidan xüsusiyyətlərini özündə göstərən və ağciyərin sağlamlığı üçün faydalı olan ən zəngin qida mənbələrindən biridir.

Sarımsaq 
C vitamini ilə zəngin olan sarımsaq orqanizmin immunitet sistemini gücləndirən əsas qidalardan biridir. Sarımsaq ağciyərdə olan bakteriya və virusların təmizlənməsinə çox kömək edir. Ancaq sarımsağın həddindən artıq istifadə olunması bədəndə allergiyaya səbəb ola bilər. Bu səbəbdən ehtiyatlı olmaq lazımdır. Hər gün 2-3 kiçik diş sarımsaq yemək kifayətdir.

Zeytun yağı
Araşdırmalar göstərir ki, yeməklərdə zeytun yağından istifadə edən insanlarda ağciyər funksiyası daha yaxşı işləyir. Bu da onun tərkibində E vitaminin və polifenolların olmasıdır.

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939
avatar

Oxşar yazılar