Onlar gün işığına həsrətdilər - Yarasa adamlar və ya gecənin uşaqları
24 dekabr 2022 18:56 (UTC +04:00)

Onlar gün işığına həsrətdilər - Yarasa adamlar və ya gecənin uşaqları

Bu insanları günəş şüaları öldürür. Onlar işıqdan gizlənirlər və gün batdıqdan sonra çölə çıxırlar. Günəş işığı kseroderma piqmentozundan əziyyət çəkən insanlar üçün ölümcül təsir göstərir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu xəstəlikdən əziyyət çəkənlər ultrabənövşəyi şüalardan gizlənməyə, qoruyucu paltar geyinməyə və gün batana qədər küçədə görünməməyə məcbur olurlar. El arasında belə xəstələrə bəzən yarasa deyirlər.

Günəş şüalarından qorunmağın xüsusilə çətin olduğu Şimali Afrikada bu xəstəliyə daha çox rast gəlinir. Mütəxəssislər belə xəstələrə gündüz çölə çıxmamağı, buna məcbur olarlarsa dərini günəş şüalarından tamamilə örtməyi tövsiyə edirlər.

Bu xəstəlik zamanı ultrabənövşəyi şüalanma və ya digər səbəblərdən zədələnmiş DNT molekulları bərpa edilmir. Gec-tez orqanizmdə toplanmış zədəli hüceyrələr xərçəng xəstəliyinə səbəb olur.

Kseroderma irsi xəstəlikdir. O həm anasından, həm də atasından mutasiyaya uğramış genin surətini almış uşaqlara təsir edir. Başqa sözlə, qohum olan kişi və qadınların evliliyi xəstəliyin yaranma səbəblərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2748
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar