“Omicron” ştammının  ilk şəkli   yayıldı
28 noyabr 2021 12:23 (UTC +04:00)

“Omicron” ştammının ilk şəkli yayıldı

İtaliyalı həkimlər koronavirusun yeni “omicron” ştammının zülalının ilk şəklini dərc ediblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, şəkil  “Medicina Multimodale di Laboratorio”da Karlo Federiko Pernonun başçılıq etdiyi alimlər qrupu tərəfindən Claudia Alterinin birbaşa nəzarəti altında və Milan Dövlət Universiteti ilə əməkdaşlıq nəticəsində çəkilib.

Bioloqların qeyd etdiyi kimi, təqdim olunan şəkildə bir çox mutasiyalar görünür.

Noyabrın 27-də Almaniyada yeni növ COVID-19-a yoluxmuş şəxs müəyyən edilib. Ehtimallara görə, bu yaxınlarda Cənubi Afrikaya səfərdən qayıdan Almaniya vətəndaşı Afrika ştammına yoluxub. Noyabrın 26-da “omicron” Belçikada da müəyyən edilib.

S-zülalında 32 mutasiyanı ehtiva edən yeni növ koronavirus B.1.1.529 ilk dəfə Botsvana və Cənubi Afrikada qeydə alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2514
avatar

Oxşar yazılar