“Omicron” insanın beyninə necə təsir edir? -  AÇIQLAMA
29 dekabr 2021 19:37 (UTC +04:00)

“Omicron” insanın beyninə necə təsir edir? - AÇIQLAMA

Bir müddət əvvəl məlum olub ki, koronavirusun “Omicron” mutasiyasına yoluxma, ilk növbədə, “başda dumanlanma” yaradır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həmçinin məlum olub ki, xəstəliyin yeni versiyasının əsas əlaməti yaddaşa mənfi təsir göstərir, ümumiyyətlə, düşüncə proseslərinin dəyişməsinə gətirib çıxarır.

Digər ştamların yaratdığı xəstəlikdən fərqli olaraq, “Omicron”un əsas əlaməti infeksiyadan sonra özünü hiss etdirir.

Əvvəllər "beyin" dumanlanması daha tez-tez postcovid sindrom adlanan əvvəlki bir xəstəliyin nəticəsi olaraq ortaya çıxıb.

Koronavirusun yeni mutasiyasına yoluxma zamanı baş verən fenomeni araşdıran alimlər belə qənaətə gəliblər ki, “Omicron” tənəffüs sisteminin, qan dövranının pozulmasına qadirdir.

“Omicron” aydın düşünmə qabiliyyətini dəyişdirməklə yanaşı, xəstələrin yaddaş vəziyyətinə də mənfi təsir göstərir.

Banqor Universitetinin əməkdaşları araşdırma apardıqdan sonra bildiriblər ki, xəstələr ən sadə gündəlik sualdan “stupor”a (tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü) düşə bilirlər.

Xüsusən də xəstələrə çay və ya qəhvə arasında seçim etmələri istənildikdə belə hallar müşahidə edilib.

Bəzi hallarda həm qısamüddətli, həm də uzunmüddətli yaddaşla bağlı problemlər də yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2226
avatar

Oxşar yazılar