Nipah virusu ndan ilk ölüm qeydə alındı
06 sentyabr 2021 10:58 (UTC +04:00)

Nipah virusundan ilk ölüm qeydə alındı

Hindistan həkimlərinin Nipah virusu ilə əlaqədar ilk ölümün qeydə alındığı xəbəri yayılıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Kerala ştatında 12 yaşlı oğlan vəziyyəti ağırlaşdıqdan sonra vəfat edib. 

Yerli hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.

12 yaşlı oğlanın ölümü ilə əlaqədar olaraq yerli hakimiyyət orqanları Kerala əyaləti ilə sərhəddəki 9 rayonda vəziyyəti izləməyə başlayıblar.

Hökumət bölgəyə xəstəliklərə nəzarət üzrə milli mərkəzdən mütəxəssislər göndərib.

Xatırladaq ki, Nipah virus yerli yarasalarda bu ilin iyun ayının sonunda aşkarlanıb.

Yarasa virusu NiV (Nipah), yoluxduqda tənəffüs yollarının xəstəliklərinə və bəzi hallarda beynin iltihabına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar