Məşhur meyvənin içində gizlənən ən zəhərli  canlı – XƏBƏRDARLIQ
08 aprel 2024 11:14 (UTC +04:00)

Məşhur meyvənin içində gizlənən ən zəhərli canlı – XƏBƏRDARLIQ

Phoneutria cinsi və ya "silahlı hörümçəklər" kimi tanınan Braziliyadan olan gəzən hörümçəklər Yer kürəsinin ən təhlükəli və zəhərli canlıları arasında sayılır.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, tədqiqatçılar hətta onları dünyanın ən zəhərli dişləyən hörümçəkləri adlandırır və yorulmadan xəbərdarlıq edirlər ki, bu yırtıcılar tropik meyvələrdə gizlənirlər. Bu növün nümayəndələri Cənubi Amerikanın şimalında yaşayır və ən azı bir növ onun hüdudlarından kənarda yayılır.

Florida Universitetinin alimləri qeyd edirlər ki, Phoneutriafera və Phoneutria nigriventer banan daşımalarında sərhədləri keçmək qabiliyyətinə görə xəbərlərdə diqqəti cəlb edən əsas növlərdir və bütün dünyada həyəcan yaradır. Alimlər braziliyalı gəzən hörümçəklərin növlərinə görə müxtəlif ölçülərə diqqət çəkirlər, bəzilərinin ayaqlarının uzunluğu 18 santimetrə çatır.

Onlar həm də aqressiv davranışları ilə tanınırlar: təhlükə hiss etdikdə, bu hörümçəklərin geri çəkilmə ehtimalı yoxdur, əksinə arxa ayaqları üzərində dayanaraq hücuma hazırlaşırlar. 2023-cü ildə aparılan bir araşdırma, təkcə Braziliyada hər il təxminən 4000 Phoneutria nigriventer dişləməsinin olduğunu göstərib. Bu hörümçəklərin zəhəri insanın sinir sisteminə təsir edir.

Tədqiqatçılar müəyyən ediblər ki, bu əlamətlər PhTx3 neyrotoksininin təsirindən yaranır. Təəssüf  ki, braziliyalı gəzən hörümçəyin dişləməsi insanlar üçün ölümcül ola bilər və bir saat ərzində ölümlə nəticələnə bilər. Xoşbəxtlikdən, elm adamları bu hörümçəklər tərəfindən dişləndikdən sonra insanı xilas edə biləcək təsirli bir dərman hazırlamağı bacarıblar.

Həmçinin 2019-cu ildə tədqiqatçılar növün öz zəhərini kərtənkələ və suda-quruda yaşayanları deyil, onurğalıları tutmaq üçün uyğunlaşdırdığını aşkar ediblər. Bu, zəhərin insanlar üçün niyə belə zəhərli olduğunu izah edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5466
avatar

Oxşar yazılar