Avropanı koronavirusun qorxunc “kraken” ştammı bürüyür.
Lent.az "Politico" nəşrinə istinadən bildirir ki, bu ştamm ABŞ-dan İspaniyaya yeni ilin ilk günlərində sıçrayıb və sürətlə yayılıb.
ÜST “Kraken”nin çox yoluxucu olduğunu bildirib və qeyd edib ki, hər 9 gündən bir virusa yoluxma halları iki dəfə artır. “Kraken”ə yoluxma halları İspaniya, Danimarka, Fransa, Avstriya, Niderland. Almaniya və İtaliyada qeydə alınıb. Bildirilib ki, “Kraken” bu günə qədər vurulmuş peyvəndlərə tabe olmur, immun sistemini aldada bilir.
Öldürücülük qabiliyyətinin nə qədər olması barədə söz deyilməsə də, onun mövsümi virus infeksiyaları ilə üst-üstə düşməsi vəziyyəti ağırlaşdırır.