Koronavirusun yayılmasını azaltmağın  yolu tapıldı
27 oktyabr 2022 09:09 (UTC +04:00)

Koronavirusun yayılmasını azaltmağın yolu tapıldı

Los-Ancelesin Kaliforniya Universitetinin alimlər qrupu koronavirusun yayılmasını azaltmağın bir yolunu tapıb.

Lent.az xəbər verir ki,  bu barədə araşdırma "Frontiers in Immunology" jurnalında dərc olunub.

Məlum olub ki, ucuz və asan əldə olunan amin turşusu koronavirus yoluxmalarını azaldır. 

Bir çox ölkələrdə reseptsiz satılan “GABA” adlı amin turşu “SARS-CoV-2” ilə yoluxmuş siçanlarda ağrıların şiddətini, ağciyərlərdə yaranmış buzlaşmanı və ölümləri azaldıb. 

“GABA” ilə müalicə infeksiyadan dərhal sonra öz təsirlərini göstərib. Bu amin turşusu iki fərqli koronavirus variantı ilə yanaşı, digər viruslara qarşı da qoruyuculuq qabiliyyətinin olacağı gözlənilir.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Sevinc Fərid

Oxşar yazılar