ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mütəxəssisləri müəyyən ediblər ki, insanda dodaqların bozarması, dəri və dırnaqlar “Omicron” ştammına yoluxduğunu göstərə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, “klassik” koronavirusa yoluxmanın üç əsas əlamətinin yüksək hərarət, davamlı öskürək, dad və ya qoxu hisslərinin itirilməsi və ya dəyişməsi olduğu güman edilir.
Eyni zamanda, "Omicron"un əlamətləri daha çox soyuqdəyməyə bənzəyir və bu əlamətlər tez-tez xəstələr və həkimlər tərəfindən "yüngül" kimi təsvir olunur.
Ancaq CDC-nin çağırışına görə, dəri, dodaq və dırnaqların rəngi dəyişərsə, dərhal həkimə müraciət etmək lazımdır. Alimlər qeyd ediblər ki, bu əlamətlər qanda aşağı oksigen səviyyəsini göstərə bilər.
Digər təhlükəli əlamətlərə nəfəs darlığı, davamlı sinə ağrısı və ya təzyiq, çaşqınlıq, yuxudan oyanmamaq və ya yatmamaq daxildir.