Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 573 nəfər müalicə olunaraq sağalıb, 9 964 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.
Ölkədə son sutka ərzində 752, hazırkı dövrədək isə 7 345 149 test aparılıb.