Avropa Komissiyası koronavirusa qarşı müalicəsi üçün “Ronapreve” və “Regkirona” adlı iki dərman preparatını təsdiqləyib.
Lent.az xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.
Artıq Aİ tərəfindən sözügedən dərmanların noyabrın 12-dən satışına icazə verilib.
Qeyd edək ki, “Ronapreve” Almaniyanın “Roche” şirkəti, “Regkirona” isə Macarıstanın “Celltrion” şirkəti tərəfindən istehsal olunub.