Koronavirusa heç bir əlamətsiz yoluxduğunuzu necə öyrənmək olar? -  CAVAB
29 may 2021 14:25 (UTC +04:00)

Koronavirusa heç bir əlamətsiz yoluxduğunuzu necə öyrənmək olar? - CAVAB

Hər kəs COVID-19-un təhlükəsini bilir. İnfeksiya xəstənin tənəffüs və ürək-damar problemləri səbəbiylə reanimasiyaya düşməsinə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, ancaq bir çox insan daha şanslıdır. Onlar xəstəliyi nisbətən asan keçirirlər.

Bəziləri isə əlamətsiz formasına görə xəstəliyin heç bir əzabını görmürlər.

Bəzən insan COVID-19-u hiss etmədən "ayaq üstə" əziyyət çəkmədən keçirdiyinə təəccüblənir.

Bu məlumatı SARS-CoV-2-yə yoluxub sağaldığını antitel testindən keçərkən alır.

Ekspertlər bunun bir insanın koronavirus infeksiyasına yoluxduğunu öyrənməyin yeganə yolu olduğunu qeyd edirlər.

Gec diaqnoz üçün başqa bir seçim yoxdur.

Avstraliyadan olan mütəxəssislərin apardığı bir araşdırmaya görə, dünyada COVID-19-a yoluxanların ümumi sayı rəsmi rəqəmlərdən 6 dəfə çox ola bilər.

Bunun izahı bir çox insanın bu qədər yüngül formada xəstəlikdən əziyyət çəkməsi, həkimə belə getməməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9540
avatar

Oxşar yazılar