Korluğa qarşı  UNİKAL GÖZ
23 noyabr 2022 09:09 (UTC +04:00)

Korluğa qarşı UNİKAL GÖZ

Alimlər sınaq borusunda göz yetişdiriblər.

Lent.az bildirir ki, bu barədə “Daily Mail”  saytında məlumat dərc olunub.

Hazırlanmış bu süni tor qişası korluğun qarşısını almaqda kömək olacağı ehtimal edilir. Gözün yaradılması üçün nadir genetik xəstəlik olan “Usher”dən əziyyət çəkən gənc pasiyentlərin dəri hüceyrələri götürülüb. Onlar insan bədənindəki başqa hüceyrələri əvəz edə biləcək hala gətirilib.

Daha sonra tədqiqatçılar 9 ay ərzində ana bətnində olan körpələrdə müşahidə olunan prosesləri laboratoriyada simulyasiya ediblər. Onlar yeddi növ hüceyrədən istifadə edərək onu unikal torlu qişaya çeviriblər. Nəticədə göz almasının ətrafında işığı tutmağa qadir olan nazik göz təbəqəsini yaradıblar.

Kaliforniya Universitetinin Uşaq Sağlamlığı İnstitutunun biologiya və genetikası professoru Ceyn Sovdenin sözlərinə görə, laboratoriyada böyüyən "mini gözlər" həqiqətən də bu sahədə böyük bir irəliləyişdir.

Onlar əmindir ki, yaxın 10 ildə bu irsi korluğu aradan qaldıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2367
avatar

Sevinc Fərid

Oxşar yazılar