Klinikalardan saxta arayışlarla bağlı  AÇIQLAMA - YENİLƏNİB
19 may 2021 17:44 (UTC +04:00)

Klinikalardan saxta arayışlarla bağlı AÇIQLAMA- YENİLƏNİB

“Referans Medical Group” da saxta arayışlar barədə yayılan məlumatlara münasibət bildirib.

Klinikadan Lent.az-a verilən məlumata görə, mərkəzin rəsmi nəticə blankında təqdim olunmasına baxmayaraq, 96 sərnişinin heç birinin klinikaya müraciət etməməsi və nəticələrin klinikadan verilməməsi sübut olunub:

“Təəssüf ki, pasiyent bazamızda məlumatı olmayan şəxslər müxtəlif proqramlar vasitəsilə nəticələri saxtalaşdıraraq özlərinə uçuş öncəsi tibbi arayış hazırlayır. Vətəndaşların yol verdiyi bu tip qanunsuz əməllərə görə biz heç bir məsuliyyət daşımırıq.

Bu kimi halların qarşısını almaq məqsədilə 4 aya yaxındır ki, mərkəzimiz tərəfindən təqdim olunan bütün tibbi arayışların üzərində xüsusi QR kodlar yerləşdirilib. Bu QR kodları yerindəcə hava limanında təyin olunan müvafiq əməkdaşlar tərəfindən skan etmək kifayət edir ki, həmin tibbi arayışın saxta və ya real olduğu bilinsin.

Arayışın doğruluğunu təsdiq etmək üçün, bizim tərəfimizdən təqdim olunan nəticələrin TƏBİB-in bazasında mövcud olması təyini kifayətdir.

Nəticələrin bizim və TƏBİB-in bazasında olmaması isə sənədin saxtalığının birbaşa sübutudur.

Mövcud 96 pasiyentin nəticəsinin saxta olması da belə aşkarlanıb. Hava limanında uçuş öncəsi bu tip hallar aşkarlandıqda, yerindəcə hüquq-mühafizə orqanlarına məlumat verilir və həmin şəxslər barəsində onlar xüsusi tədbir görür.

Baş verən bu və digər buna uyğun qanunazidd hallara görə, "Referans Medical Group"a daxil olan heç bir klinikamız məsuliyyət daşımır. "Leyla Medical Center" daxil olmaqla, digər klinikalarımızında işgüzar nüfuzuna xələl gətirən bu tip hallara görə dəfələrlə hüquq-mühafizə orqanlarına və TƏBİB-ə məlumat verilib.

KİV əməkdaşlarından xahiş edirik ki, mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq həqiqəti əks etdirməyən, ictimai rəyi qarışdırmaq məqsədi ilə yayılan hər bir xəbəri "Referans Medical Group"un mətbuat katibliyi ilə dəqiqləşdirmədən  ictimailəşdirməsinlər”.

***

17:35

“Ayrı-ayrı saytlarda və sosial şəbəkələrdə xəstəxanadan COVID-19-la bağlı saxta arayışların verilməsinə dair gedən məlumatlar əsassızdır və həqiqəti əks etdirmir”.

Bu barədə Lent.az-a "Oksigen Klinik Xəstəxanası”dan məlumat verilib. Bildirilib ki, “Oksigen Klinik Xəstəxanası” Məhdud Məsuliyyətli Cəmiyyətdə COVID-19-la bağlı müayinələrin keçirilməsi mövcud tibbi norma və standartlara uyğun aparılır və rəsmiləşdirilir:

“Hər bir müraciət edən pasiyent şəxsiyyət vəsiqəsi əsasında qeydə alınır və nümunələr götürülür.

Müayinənin nəticəsinə uyğun olaraq TƏBİB-in portalına yerləşdirilir və tibbi arayışlar verilir. Hər bir tibbi arayışın üzərində QR kodu yerləşdirilir.

Ona görə də “Oksigen Klinik Xəstəxanası” bu cür saxta tibbi arayışların klinika adına səsləndirilməsini rədd edir və obyektiv araşdırılmasını tələb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4143
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar