Kəsmik alanda yağ tərkibinə  BAXIN:   İnsanların  50 faizi səhv edir
11 aprel 2024 18:25 (UTC +04:00)

Kəsmik alanda yağ tərkibinə BAXIN: İnsanların 50 faizi səhv edir

Məşhur inancın əksinə olaraq, az yağlı kəsmik tam yağlı kəsmikdən daha sağlam deyil.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva Dövlət Universitetinin Universitet Klinikasının endokrinoloqu Zuxra Pavlovanın fikrincə, ən sağlamı yağ tərkibi 5-9% olan kəsmikdir.

Onun sözlərinə görə, kəsmik yüksək insulin indeksinə malik olduğundan, onu yavaş karbohidratlarla birləşdirmək tövsiyə olunur:

“Xama, mürəbbə və bal ilə kəsmik yeməməlisiniz, bu onun kalorisini əhəmiyyətli dərəcədə artırır. Həmçinin kəsmiyi çay və ya qəhvə ilə içmək məsləhət görülmür. Onlar kəsmikdə olan kalsium, dəmir, vitamin A və B qrupunun udulmasını pozur”.

# 3147
avatar

Arzu Qurbanlı

Oxşar yazılar