Kalsium çatışmazlığının qarşısını necə alaq?
29 iyul 2021 01:12 (UTC +04:00)

Kalsium çatışmazlığının qarşısını necə alaq?

Kalsium orqanizm üçün vacib mikroelementlərdən biridir.

Bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan məlumat verilib.

Bildirilib ki, orqanizmin kalsiuma olan tələbatını ödəmək üçün balanslaşdırılmış qidalanmaya üstünlük verilməlidir:

"Gün ərzində süd, pendir, qatıq kimi kalsiumla zəngin qidaları istehlak etmək faydalıdır. 100 qram sərt pendirin tərkibində 1 qram, eyni çəkidə olan süd və qatıqda isə 180 mq-a qədər kalsium mövcuddur.

Bundan başqa portağal suyunun, balqabaq, sarımsaq, yaşıl yarpaqlı tərəvəzlərin, paxlalılar və taxıl məhsullarının, eləcə də bir sıra balıq və dəniz məhsullarının müntəzəm istehlakı orqanizm üçün zəruri kalsium ehtiyacının ödənməsi üçün əhəmiyyətlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar