Kabus geri döndü: Çində yoluxma sayı artdı
09 avqust 2021 16:47 (UTC +04:00)

Kabus geri döndü: Çində yoluxma sayı artdı

Çində koronavirusa yoluxanların sayında artım müşahidə olunub.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, dünyada 4.3 milyondan çox insanın ölümünə və 203 milyondan çox yoluxmaya səbəb olan koronavirus epidemiyasının başlanğıc nöqtəsi sayılan Çində yenidən yoluxmaların çoxalması halları qeydə alınıb.

Asiya ölkəsinin bəzi şəhərlərində yoluxucu infeksiyanın qarşısını almaq üçün geniş testlər aparılmağa başlanılıb. İyulun 20-dən bəri 10-dan çox şəhərdə koronavirusun ən təhlükəli “Delta” variantı aşkarlanıb. Səlahiyyətlilər, yerli hökumət rəsmilərindən infeksiyaları diqqətlə izləmələrini xahiş edib.

Bazar günü Çində, 125 nəfərdə yoluxma qeydə alınıb. Şənbə günü bu rəqəm 96 idi.

Qeyd edək ki, pandemiya başlayandan bəri Çində 93 826 yoluxma sayı qeydə alınıb. Həyatını itirənlərin sayı isə 4 636 olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar