Terapevt Nadejda Çernışova hətta az miqdarda spirt içməyin ziyanlı olduğu xəstəlikləri sadalayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun sözlərinə görə, alkoqol ümumiyyətlə orqanizmə mənfi təsir göstərir, lakin bəzi insanlar üçün kiçik bir doza belə ölümcül ola bilər. Həkim ürək və qaraciyər problemi olan ruslara spirtli içki qəbul etməmələri barədə xəbərdarlıq edib:
"Qaraciyər sirrozu diaqnozu qoyulan şəxs spirtli içki qəbul etməyi tamamilə dayandırarsa, həkimin bütün tövsiyələrinə əməl etməyə başlayırsa və sağlam həyat tərzi keçirirsə, təxminən 20 il yaşaya bilər". Çernışova əlavə edib ki, hətta minimal miqdarda spirt onu çox tez öldürəcək.
Terapevt xəbərdarlıq edib ki, ürək ritminin pozulması olan xəstələrdə, xüsusən də paroksismal atrial fibrilasiya ilə, vəziyyət kiçik bir dozada spirt ilə pisləşə bilər. O, həmçinin bu yaxınlarda infarkt və ya insult keçirmiş insanları spirtli içki baxımdan “qadağan olunmuşlar” siyahısına daxil edib.