Hər gün  2-3 alma yesək,   orqanizmdə nə baş verəcək?
08 aprel 2024 18:49 (UTC +04:00)

Hər gün 2-3 alma yesək, orqanizmdə nə baş verəcək?

Alma demək olar ki, bir çox insanın pəhrizində daim mövcuddur.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alma bütün bədən üçün vacib olan çox miqdarda vitamin ehtiva edir.

Bədənin qida maddələrinə olan ehtiyacını ödəmək və immunitet sistemini gücləndirmək üçün 2-3 ədəd alma yemək kifayətdir. Alma tərkibində lifin olması səbəbindən həzm üçün faydalıdır.

Bu meyvələr tez-tez qəbizlik və meteorizmlə mübarizə üçün istifadə olunur.

Həkimlər yüksək xolesterolu olan xəstələrə alma yeməyi məsləhət görür. Bu, meyvələrdəki pektin tərkibi ilə bağlıdır.

Almanın tərkibində dəmir də var. Ona görə də qan azlığı ilə mübarizə aparan insanlar qida rasionuna alma daxil etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4242
avatar

Arzu Qurbanlı

Oxşar yazılar