Bu içki tez hazırlanır və dadı xoşdur, lakin onun bəzi ciddi çatışmazlıqları var. Həll olunan qəhvə dənəciklər və ya toz şəklində olur. Onu hazırlamaq üçün sadəcə qaynar su əlavə etmək kifayətdir, bu da onu dəm qəhvəyə bənzər hala gətirir, baxmayaraq ki, bəzi fərqlər var. Həll olunan qəhvənin mülayim miqdarda istehlak edilməsi tövsiyə olunur.
Lent.az-ın xarici KİV-ə istinadla məluamtına görə, insanlar öz sağlamlıq vəziyyətlərini nəzərə almalı və xroniki xəstəlikləri olanlar isə həkimin məsləhətinə əsasən istifadə etməlidir.
Həll olunan qəhvənin faydaları
Həll olunan qəhvənin təbii dən qəhvəsinə nisbətən daha az faydalı maddələrə malik olmasına baxmayaraq, bəzi üstünlükləri var.
Canlandırıcı təsir: Qəhvə istehsalı zamanı xammal güclü emaldan keçir, nəticədə vitaminlərin və antioksidantların miqdarı azalır. Lakin içkidə sidikqovucu təsir qalır və kofein kifayət qədər yüksək konsentrasiyada saxlanılır, bu da enerji səviyyəsini artırır və aktivliyi yüksəldir.
Hazırlanma rahatlığı
Tez və asan hazırlanır, bu da onu sıx iş qrafiki olan insanlar üçün əlverişli seçim edir. Həll olunan qəhvə şəkər tərkibli məhsullar qədər ciddi sağlamlıq problemlərinə səbəb olmasa da, bəzi mənfi təsirləri ola bilər.
Mədə problemləri: Bəzi insanlarda qıcqırma (əzginlik) və ya allergik reaksiyalar yarada bilər.
Keyfiyyətdən asılı zərər: Həll olunan qəhvənin zərərləri əsasən istifadə olunan xammalın keyfiyyətindən və istehsal texnologiyasından asılıdır.
Aşağı keyfiyyətli məhsullar: Bəzi ucuz qəhvə növləri əlavə maddələr və ya kimyəvi birləşmələr ehtiva edə bilər, bu da sağlamlığa mənfi təsir göstərə bilər. Həll olunan qəhvə təbii dən qəhvəsi ilə müqayisədə daha az antioksidant və qida maddələri ehtiva edir, çünki istehsal prosesində bir çox faydalı komponentlər itirilir. Bununla belə, əgər yüksək keyfiyyətli məhsul seçilərsə, o, rahatlığı qiymətləndirən insanlar üçün layiqli alternativ ola bilər.