Həkim-infeksionist:  "Panikaya düşən şəxslər xəstəliyi ağır keçirir"
20 noyabr 2021 12:23 (UTC +04:00)

Həkim-infeksionist: "Panikaya düşən şəxslər xəstəliyi ağır keçirir"

"Bu dövrdə insanların daha çox antibakterial, antidepresantlar istifadə etdiyini görürük".

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu həkim-infeksionist Vasif Əliyev "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, panikaya düşən şəxslər xəstəliyi ağır keçirir: "Müşahidələrim nəticəsində də görmüşəm ki, xəstəliklə bağlı panikaya düşənlər xəstəliyi daha ağır keçirirlər. Amma elə xəstələr var ki, ağciyərlərində 80-90 faiz tutulma olduğu halda belə koronavirus keçirdiyinin fərqində olmayıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar