Hansı əlamətlər  oynaq ağrılarından   xəbər verir? - CAVAB
12 yanvar 2024 13:26 (UTC +04:00)

Hansı əlamətlər oynaq ağrılarından xəbər verir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu oynaq ağrıları ilə bağlıdır.

Maraqlıdır, görəsən, hansı simptomlar oynaq ağrılarından xəbər verir?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov bildirib ki, ağrılar oynaqların sərtliyi, hərəkətsizliyi və hərəkətlərin məhdudlaşdırılması, oynaqlarda şişkinlik və s. kimi əlamətlərlə özünü büruzə verir.

Onun sözlərinə görə, bursit, yəni oynaq kisəsinin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması nəticəsində rast gəlinən oynaq ağrıları səbəblərindəndir.

# 9294
avatar

Arzu Qurbanlı

Oxşar yazılar