Gözəlliyi qorumağın SİRRİ
01 may 2024 10:16 (UTC +04:00)

Gözəlliyi qorumağın SİRRİ

Mütəxəssislər gənc qalmağın və gözəlliyi qorumağın yolunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlərin fikrincə, “epigallocatechin gallate” adlı antioksidant olan yaşıl çay yaşlanmanın qarşısını alır.

Bu maddə orqanizmin hüceyrələrini vaxtından əvvəl qocalmaqdan qoruyur.

Bundan əlavə, yaşıl çay B vitamini (B2 dərini gənc və elastik saxlamağa kömək edir) və E vitamini (yeni dəri hüceyrələrinin böyüməsini təşviq edir və onu daha parlaq və yumşaq edir) ilə zəngindir.

Yaşıl çayın tərkibində də olan antioksidantlar bütövlükdə orqanizmə müsbət təsir göstərir.

Mütəxəssis hesab edir ki, bu çay xərçəng də daxil olmaqla xəstəliklərin qarşısını almağa, həmçinin bədəndəki iltihabi prosesləri azaltmağa qadirdir.

# 1719
avatar

Arzu Qurbanlı

Oxşar yazılar