Toronto Universitetinin alimləri bağırsaqda iltihabı və həzm problemlərinin digər simptomlarını müalicə etmək üçün istifadə edilə bilən bakterial birləşmələr aşkar ediblər.
Lent.az xəbər verir ki, nəticələr “Nature Communications” jurnalında dərc olunan məqalədə təqdim olunub.
Alimlər aşkar ediblər ki, bakterial birləşmələr diindolilmetan (DIM) və diindoliletan (DIE) hazırda konstitutiv androstan reseptorunu tənzimləmək üçün istifadə edilən süni molekullarla eyni şəkildə fəaliyyət göstərir.
Onlar qaraciyərdə yad maddələrin, o cümlədən dərmanların parçalanması, həmçinin bağırsaq iltihabında iştirak edir.