Ev işləri insanı  xərçəngdən   qoruyur
15 yanvar 2024 13:42 (UTC +04:00)

Ev işləri insanı xərçəngdən qoruyur

Endokrinoloq Zuxra Pavlova ev işlərinin insanı xərçəngdən qoruya biləcəyini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, xərçəng xəstələrinin sayının artması yalnız qismən erkən diaqnozun keyfiyyətinin yaxşılaşması ilə bağlıdır. 

Onun sözlərinə görə, insanlar daha az hərəkət edir və pis qidalanır:

“Əhalinin əhəmiyyətli təbəqəsi arasında piylənmə problemi böyük rol oynayır. Həyat tərzi ilə xərçəng arasında əlaqə var. Gündəlik ev işləri insanın aktiv fəaliyyət göstərməsinə kömək edir. Təmizlik, yemək bişirmək və digər fəaliyyətlər bu xərçəngdən qoruya bilər”.

# 3915
avatar

Arzu Qurbanlı

Oxşar yazılar