Mütəmədai olaraq dişlıri fırçalamaq sarılığın və dir ərpinin yaranmasının qarşısını alır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, diş ərpi tüpürcəyinizdə zamanla sərtləşən lövhə və mineral yataqlarıdır.
Ərp dişlərin kənarını örtüb diş ətinin altına girə bilər. Məsaməli olduğu üçün yemək və içkilər diş ərpini asanlıqla ləkələyə bilər.
Adətən dişlərin arxasında və arasında yerləşən diş çöküntüləri sarı və ya qəhvəyi görünür.
Bu, diş sağlamlığınıza zərər verə bilər.
Bunun yarnmasının qarşısını almaq üçün gündəlik dişləri fırçalamaq və diş ipindən istifadə etmək çox vacibdir. Dişlərinizi gündə iki dəfə iki dəqiqə fırçalayın. Yumşaq tüklü bir fırça istifadə edin. Diş ərpinin tam şəkildə təmizlənməsi üçün həkimə müraciət edilməlidir. Əgər diş əti xəstəliyiniz varsa və ya diş əti xəstəliyi riskiniz varsa (məsələn, siqaret çəkirsinizsə və ya şəkərli diabetiniz varsa) altı aydan bir və bundan daha tez-tez dişlərinizi təmizləmək və müayinə etmək tövsiyə olunur.