Dırnaqlardakı ağ ləkələr pis görünüşlə yanaşı səhhətinizdəki xəstəliklərdən də xəbər verir.
Lent.az xarici mediaya istinadən bildirir ki, ağ ləkələr xüsusən, kalsium və qan azlıqları səbəbilə yaranır. Adətən ağ ləkələr əli möhkəm bir yerə vurduqda, əl qapı arasında qalanda və s. ortaya çıxır. Lakin bəzən də bunlar olmasa belə həmin ləkələrlə üzləşmək olur. Bu da orqanizmdə olan bəzi xəstəliklərin xəbərçisidir.
Bu xəsətliklərə yuxarı qeyd etdiyimiz kimi qan və kalsium azlığı, həmçinin dırnaq göbələyi, protein, mineral və keratin hormonunun əskikliyi də missal ola bilər.
Adı çəkilən xəstəliklərdən əlavə, dırnaq ləkələrinin səbəbləri arasında daha ağır olan qaraciyər xəstəlikləri, serroz və hepatit də olur. Böyrək xəstəliklərində də dırnaqlarda ağ və ya çəhrayı ləkələr görünür. Ağır böyrək çatışmazlığında isə dırnaqlar tam ağ olur.
Ağ ləkələri yox etmək üçün dırnaqlarınızı həmişə təmiz saxlayın, tez-tez nəmləndirin.
Dırnaqları havalandırın, təmizlik işlərində əlcək geyinin ki, kimyəvi maddələr əlinizə dəyməsin. C vitamini ehtiva edən meyvələr yeyin.