Dietoloq axşam yeməyinin ən doğru vaxtını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yatmazdan əvvəl yediklərimiz arıqlamağımıza imkan verməyəcək.
Həkim axşam saat səkkizə qədər nahar etməyi və ondan sonra yüksək kalorili heç nə yeməməyi məsləhət görüb:
"Bu, orqanizmin daha sağlam şəkildə inkişaf etməsinə kömək edəcək. Buna görə də şam yeməyi axşam 8-ə qədər yeyilməlidir. Axşam əsasən yüngül və tərkibi zülalla zəngin olan qidalara üstünlük verilməlidir”.