DİQQƏT!  Bu qidalar xərçəng və demans riskini artırır
15 sentyabr 2024 19:54 (UTC +04:00)

DİQQƏT! Bu qidalar xərçəng və demans riskini artırır

0

Dietoloq Svetlana Fus xərçəng, demans və ürək xəstəliyi riskini artıran qidaları açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, qida rasionunun təxminən yarısını təşkil edən ultra-işlənmiş qidalar orqanizmdə ciddi fəsadlara səbəb olur.

Son onilliklərdə ultra emal olunmuş qidaların ümumi sağlamlığı pisləşdirməklə yanaşı, xərçəng, ürək-damar xəstəlikləri, insult və demans kimi ciddi xəstəliklərin inkişaf riskini artırdığına dair kifayət qədər sübutlar var.

Bu məhsulların hazırlanması üsullarının müxtəlifliyinə baxmayaraq, onların ortaq bir cəhəti var: bu cür qidalara əhəmiyyətli sənaye emalından keçirlər, ona konservantlar, süni dadlandırıcılar, emulqatorlar – bir sözlə, ev yeməklərində rast gəlinməyən maddələr əlavə olunur.

Bu cür qidaların istehlakı artdıqca xərçəng və şəkərli diabet kimi xəstəliklərin də tezliyi artır.

Ultra işlənmiş qidalara aşağıdakılar daxildir:

sənaye çörəyi,
şirin səhər yeməyi taxılları,
hazır şorbalar,
yoqurtlar,
emal edilmiş ət məhsulları (vetçina, kolbasa),
qəlyanaltılar, çipslər, peçenyelər,
dondurma,
şirin qazlı içkilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3582

Oxşar yazılar