Mütəxəssislər vitamin çatışmazlığının xərçəngin inkişafına səbəb olduğunu açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən D vitamini çatışmazlığı xərçəngin inkişaf riskini artırır. Onun çatışmazlığını doldurmaq üçün daha tez-tez təmiz havada olmaq və düzgün qidalanmaq kifayətdir.
Həkimlər bildirir ki, D vitamini çatışmazlığının qarşısını almaq üçün, xüsusilə tez-tez təmiz havada gəzmək və yağlı balıq yemək lazımdır. D vitamini çatışmazlığının əsas əlamətləri yorğunluq, tükənmə, depressiya, əsəbilik, saç tökülməsi, yuxunun pozulması, əzələ və sümüklərdə zəiflikdir.