Çirkli hava  qadınları kökəldir   – ARAŞDIRMA
31 oktyabr 2022 09:09 (UTC +04:00)

Çirkli hava qadınları kökəldir – ARAŞDIRMA

Havanın çirklənməsi qadınların çəkisinə, bədən kütlə indeksinə, bel ətrafına və bədən yağlarına təsir göstərir.  Azot dioksid və ozonun kiçik hissəcikləri ilə daim nəfəs alanlarda bədən yağları daha yüksək, əzələ kütləsi isə daha az olur.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu qənaətə Miçiqan Universitetinin alimləri gəlib. Onlar müxtəlif irqlərdən olan 1,7 min qadının məlumatlarını təhlil ediblər. “Science Daily” yazır ki, iştirakçılar 40-50 yaşlarında olub, onlar 2000-2008-ci illərdə müşahidə olunub.

Qadınların bədənində çirklənmiş hava səbəbindən təxminən 5 faiz daha çox – 1,17 kiloqram yağlanma aşkar olunub.

Tədqiqatçıların fikrincə, zərərli atmosfer hissəciklərinin təsirini kompensasiya etmək üçün idman edə bilərsiniz.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Oxşar yazılar