Çin peyvəndi “Sinovac”: Artıq effektivliyini sübut edir
28 dekabr 2020 17:40 (UTC +04:00)

Çin peyvəndi “Sinovac”: Artıq effektivliyini sübut edir

COVİD-19-a  qarşı Çində hazırlanmış “Sinovac” peyvəndi kliniki sınaqlardan uğurla keçib və bir çox ölkənin marağına səbəb olub.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Sinovac” vaksini iyul ayından Çində bir milyondan çox yüksək risk qruplu insan üzərində istifadə olunub.

Sürətli immuna cavab reaksiyası, öldürülmüş virus hissəciklərindən istifadə olunması, daha çox ölkədə kliniki testdən uğurla keçməsi “Sinovac”ın digər peynəndlərdən fərqləndirən əsas üstünlüyüdür.

Məlumata görə, yüzdən çox ölkə, həmçinin, Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malaziya, Filippin, Ərəb körfəzi bu vaksindən sifariş edib. İstehsalçı “Sinopharm” şirkəti artıq 500 milyon doza vaksin istehsal etdiyini açıqlayıb.

Qeyd edək ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu göstərici dünya üzrə ən aşağı saydı.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4884
avatar

Nigar Adil

Oxşar yazılar