Bu yoluxucu xəstəliklər  xərçəngin xəbərçisidir
12 yanvar 2024 12:24 (UTC +04:00)

Bu yoluxucu xəstəliklər xərçəngin xəbərçisidir

Yoluxucu xəstəliklərin bir çoxu onkologiya arasında əlaqə tapılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyadan olan həkimlər və elm adamları tərəfindən aparılan araşdırma yoluxucu xəstəliklərlə xərçəngin inkişafı arasında müəyyən əlaqənin olduğunu göstərib.

Tədqiqatda 2005-ci ildən 2012-ci ilə qədər 48,000-dən çox insanın sağlamlıq məlumatlarını, o cümlədən qrip, qastroenterit, hepatit və pnevmoniyanın illik dərəcələri təhlil edilib.

Tədqiqatlar göstərir ki, kimyəvi kanserogenlər, xroniki və ya genetik xəstəliklər və infeksiyaların yayılması nəticəsində yaranan iltihablı mühit xərçəngin inkişafına kömək edir.

Pnevmoniya, hepatit və qripdən əziyyət çəkən xəstələrdə müvafiq olaraq mədə xərçəngi, hematoloji xərçəng daha çox inkişaf edir.

Tədqiqat həmçinin göstərib ki, xərçəng həmişə infeksiyadan təsirlənmiş orqanda baş vermir, bu da xəstəliyin proqnozlaşdırılmasını çətinləşdirir. 

# 4341
avatar

Arzu Qurbanlı

Oxşar yazılar